Gənc müğənni həmkarlarına qarşı çıxdı

Gənc müğənni həmkarlarına qarşı çıxdı

Gənc müğənni Rövşən Civişov yaradıcılığında mühüm rol oynayan xalq artisti Flora Kərimova ilə yenidən eyni mahnını bölüşür. SİA-ya açıqlama verən Rövşənin sözlərinə görə, musiqisi və sözləri Gövhər Həsənzadəyə məxsus olan "Sevirəm səni" adlı mahnı yazdırıb.

"Flora xanımla birgə ifa edəcəyimiz duet tamaşaçıların istəyi idi. Sənətkarımızla bir çox müğənnilər duet oxuyub. Amma ən uğurlusu mənəm. Bütün məsuliyyəti ilə deyirəm, Flora Kərimova ilə ən gözəl duet oxuyan mənəm! Hal-hazırda mahnı üzərində məşqlər gedir. Yaxın günlərdə mahnının təqdimatı da keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə