Tanınmış teleaparıcını işdən çıxardılar?

Tanınmış teleaparıcını işdən çıxardılar?

Tanınmış teleaparıcı Ramal Hüseynov Xəzər TV-dən ayrılıb. Ramal bu barədə şəxsi facebook səhifəsində paylaşıb: "Bir müddət əvvəl, yəni sentyabr ayının son həftəsi "Həyata Baxış" verilişi öz yayımını dayandırdı və istər mediada, istərsə də ki, izləyici auditoriyamız arasında böyük narahatlıq yarandı. Yazıçı, jurnalist, ziyalı və sadə tamaşaçılar bu müddət ərzində etirazlarını, fikirlərini müxtəlif vasitələrlə ifadə etdilər. Zaman-zaman məndən harada olduğumu, harada işlədiyimi soruşdular. Amma oradan ayrıldığım üçün daha öncələr cavablandıra bilmirdim. Çünki mənim üçün çətin idi. Artıq düşünürəm ki, buradan hər kəsi məlumatlandırmalıyam. Nəzərinizə çatdırıram ki, yanvar ayının 21-indən etibarən Xəzər Televiziyasi ilə yollarımı tamamən ayırdım. Mən artıq Xəzər TV-nin işçisi deyiləm. Çalışdığım bütün kanallarla hər zaman dostluq münasibətlərimi yaxşı və pis günlərin, qazandığımız uğurların və birgə paylaşdığımız gözəl anların xətrinə saxlamışam və hər zaman da saxlayacam. Bunu mənim daha öncə çalışdığım kanallardakı iş yoldaşlarım da təsdiqləyə bilərlər. Amma nə etməli ? Belə alındı. Xəzər TV, sevginiz və dostluğunuz üçün təşəkkür edirəm. İnşallah Allah imkan yaradar başqa formada yenidən görüşərik".

Bütün xəbərlər Facebook səhifəmizdə