Azərbaycanda kifayət qədər tanınan müğənni Sulinin ikinci albomu işiq üzü görüb. SİA-nın verdiyi xəbərə görə, albom "O anlar" adlanır. Diskə 6 Azərbaycan mahnısı daxildir. "Rəqs et", "Olum, ya ölüm", "Bezdim", "Zalım sevgi", "Yuxular" və gürcü mahnısı olan "Dila" musiqiləridir. Alboma daxil olan ən önəmli mahnı isə "Sarı gəlin"dir. Sulinin dediyinə görə, o bu musiqini ifa edərək ermənilərə sübut etmək istəyib ki, azərbaycanlıların xalq mahnısıdır.
Qeyd edək ki, sənətçi konsert verməyi də düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB