Tanınmış prodüsser paxıllıq edənlərdən danışdı

"Kristal" qızlar qrupunun rəhbəri, tanınmış prodüser Mədinə Məlik şou-biznesdən danışıb. O, "Kristal" qrupuna həmkarlarından paxıllıq edənlərin olduğunu deyib. SİA-ya açıqlama verən prodüsser rəhbərlik etdiyi qızların apardığı verilişdən də söz açıb: ""Kristal" qrupuna şou-biznes aləmindən paxıllıq edənlər çoxdur. Qrupdakı iki qızın reytinqli veriliş olan "Rəqib ulduzlar" layihəsini apardıqdan sonra bizi heç gözləri götürmədi. Nəzərinizə çatdırım ki, o, veriliş artıq 1 ildir ki, fəaliyyət göstərir. Şou-biznes nümayəndələrinin paxıllıq etməklərinə baxmayaraq üzərimizdə daima işləyərək irəliliyə getməyə can atırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə