Azərbaycan estradasının tanınmış müğənnisi Nüşabə Ələsgərli səsi ilə bağlı problemlər yaşayır. O, səs tellərinin qaydada olmadığını deyib. SİA-ya açıqlama verən xanım Ələsgərli bu vaxtadək səsi ilə bağlı heç bir həkimə müraciət etmədiyini dilə gətirib: "Bu aralar səsimlə bağlı problemlər yaşayıram. Bəzən səsimdə xırıltıların olduğunu hiss edirəm. Onu da nəzərinizə çatdırım ki, bu vaxtadək heç vaxt səsimə görə həkimə müraciət etməmişəm. Amma həmkarlarım var ki, həkim məsləhətlərinə qulaq asaraq səs tembirlərini qoruyurlar. Odur ki, mən də həkimə müraciət edərək səsimə qullaq etmək fikrindəyəm".
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB