Xanım sənətçi yenidən ana olacaq?

Azərbaycanın tanınmış müğənnisi Lalə Məmmədovanın şəxsi həyatı ilə bağlı şayiə yayılıb. Deyilənlərə görə, müğənni ana olmağa hazırlaşır. Bu barədə SİA-ya açıqlama verən xanım Məmmədova xəbərin yalnış olduğunu dedi: "İstərdim ki, yenidən ana olum. Amma yayılan şayiə yalandır. Çünki hər gün çəkilişdə oluram. Başım yaradıcılığıma qarışıb. Hələ ki, ana olmaq fikrində deyiləm. Amma bir müddətdən sonra yenidən analıq hissini duymaq istərdim".

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə