Bu da müğənni oldu

Uzun zamandan bəri tarzən ifaçısı kimi tanınan Humay Qədirova müğənnilik eşqinə düşüb. Sənətçi bundan sonra həm tarzənlik, həm də ifaçılıq edəcəyini bildirib. SİA-ya açıqlama verən Humay sənətkarlardan da dərs aldığını xüsusilə diqqətə çatdırıb: "Artıq tarzənliklə birgə ifaçı kimi də fəaliyyət göstərəcəm. Bu aralar başım qarışıqdır. Çünki sənətkarlardan dərs alıram. Eyni zamanda da yeni mahnılar üzərində çalışıram. İnanıram ki, əziyyət çəkdiyim işlərin bəhrəsini görərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə