Unudulmaqdan qorxan sənətçi kimdir?

Azərbaycanın əməkdar artisti Firuzə İbadova hər zaman yeniliklər etməyi sevən müğənni olduğunu deyib. Əməkdar artist bəzən tənbəl olduğunu da etiraf edib. SİA-ya açıqlama verən xanım İbadova onu axtaranları görəndə fəxr etdiyini dilə gətirib: "Hər zaman istəmişəm ki, yenilik edərək tamaşaçıların qarşısına çıxım. Amma tənbəllik edəndə və ya vaxtım olmayanda hər şeydən küsüb kənarda əyləşmişəm. Onda da ortaya nəsə çıxarıb danışmağa sözüm olmayıb. Amma məni sevən insanlar zəng edəndə və ya mənə görə narahat olduqlarını görəndə özümlə fəxr edirəm ki, hələ yaddan çıxmamışam".

Bütün xəbərlər Facebook səhifəmizdə