Azərbaycanlı müğənni Əbdül Xalid və meyxanaçı Sadığdan xəbər var. İki dost birləşərək birgə duet ifa ediblər. SİA-ya açıqlama verən sənətçilər yeni ərsəyə gətirdikləri "Atam icazə vermir" mahnısından və dostluqlarından söz açıblar: "Yeni ərsəyə gətirdiyimiz duetdən öncə dostluğumuz olub. Sadığa yeni musiqi ərsəyə gətirmək istədiyimi deyəndə böyük məmnuniyyətlə qəbul etdi. Onu da deyim ki, sözügedən mahnıya klip çəkdirməyi də düşünürük. Amma "Atam icazə vermir" musiqisinə yay ayında ekran həyatı verəciyik. Çünki adıçəkilən mahnının sözlərində yay abu-havası var. Klipin dəyərini isə iki dost olaraq aramızda böləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB