Azərbaycanın xalq artisti Səməd Səmədov "SOY" teleşirkətinin baş təşkilatçısı Oktay Əliyevi "ağ yuyub, qara sərdi". Xalq artisti Oktayı savadsız adlandırdı. SİA-ya açıqlama verən Səməd Səmədov ona iradlarını bildirdi: "Bir dəfə sorğu keçirdirdilər. "SOY" teleşirkətinin baş təşkilatçısı Oktay Əliyevdən soruşdular ki, xalq artisti Səməd Səmədovun səsi necədir? Oktay Əliyevdən heç gözləmədiyim savadsız cavab gəldi. O barmaqları ilə göstərərək səs tembirimin aşağı olduğunu bildirdi. Amma dünya şöhrətli müğənnilər var ki, onlar hər zaman aşağı səs tembiri ilə ifa ediblər. Mənim fikrimcə, zilə qalxmaq lazım deyil. Əsas odur ki, musiqinin sözlərini tamaşaçıya çatdırasan. Onu da nəzərinizə çatdırım ki, dövlətimiz mənə xalq artisti adı verib. Eyni zamanda da canlı karifey İlhamə Quliyeva səsimi çox bəyənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB