Ferihanın Emiri narkotika istifadə edir?

Ötən gecə İstanbulda keçirilən narkotiklə mübarizəyə qarşı əməliyyat zamanı 34 nəfər saxlanılıb. SİA-nın türk mətbuatına istinadən verilən xəbərə görə, saxlanılanlar arasında Türkiyənin tanınmış sənətçilərindən Çağatay Ulusoy və Gizem Karacanın da olduğu bildirilib. Sənətçilər səhər saatlarınada İstanbul Narkotik Cinayətlərlə Mübarizə İdarəsinə aparılıblar.

Nəzərinizə çatdıraq ki, cütlük ifadə verdikdən sonra sərbəst buraxılıblar.

Qeyd edək ki, Çağatay Ulusoy və Gizem Karacan yüzlərlə tamaşaçılar tərəfindən izlənilən "Adını Feriha koydum" serialının baş rol oyuncuları olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə