Gürcü müğənnisi “sarmaş-dolaş”

Gürcü müğənnisi “sarmaş-dolaş”

Yaradıcılığını Azərbaycanda davam etdirən gürcü müğənni Suli yeni klip çəkdirib. SİA-nın verdiyi xəbərə görə, müğənni "Çox" adlı yeni klipində fərqli obraz yaradıb. Sulinin Azərbaycan dilində ifa etdiyi "Çox" mahnısının sözləri Azər Şirinə, musiqisi Givi Usenaşviliyə məxsusdur. Müğənni yeni ərsəyə gətirdiyi klipində 3 rol canlandırıb. O, əsəbi qız, xanım və məşhur müğənni Ledi Qaqaya bənzər obrazlar rolunda oynayıb. Gürcü müğənnisinin üzərində tanınmış stilist-vizajist Səbinə İmanova işləyib.

Nəzərinizə çatdıraq ki, layihənin rəhbəri prodüsser Asif Kərimov, klipin operatoru Tanrıverdi Tanrıverdiyev, rejissoru isə Sulinin özüdür. Klipdə model Fərid Əsgərov və Jam SS rəqs qrupu da çəkilib.

Qeyd edək ki, "Çox" klipinin təqdimat mərasimi fevral ayında Bakı və Tiflisdə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə