"Üçü Birində" -nin 1 yaşı oldu

ARAZ 103.3 FM-in "Üçü Birində" səhər şousunun bu gün 1 yaşı tamam olur. SİA-nın məlumatına görə, səhər şousunun əməkdaşları 1 yaşını dinləyiciləri ilə birgə keçiriblər. Park Bulvar AVM-in "Plentarium"-da baş tutan görüşdə verilişin aparıcıları Sona Rəsulova, Elgün Hüseynov və Murad Həşimov radio dinləyiciləri ilə canlı söhbət ediblər.

Tanışlıqdan sonra aparıcılar dinləyiciləri ilə birlikdə 30 dəqiqəlik "Kəşf edilən dünya" bədii filminə baxıblar.

Qeyd edək ki, 1 il əvvəl yanvarın 29-da efirə çıxan veriliş üç aparıcı tərəfindən Dj Sonik (Sona Rəsulova), Dj Elgün (Elgün Hüseynov) və Dj Murad (Murad Həşimov) tərəfindən təqdim olunur. Verilişin baş redaktoru Səxavət Nur, prodüseri isə Vüsal Seyid Əlidir. Həftə içi hər gün səhər saat 8:00-11:00 arası canlı yayımda olan "Üçü Birində" səhər şousu radio verilişləri arasında reytinqli proqramlardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə