Türkiyənin meqa-starı Tarkanın Azərbaycanda uzun müddətdir gözlənilən konsertinin tarixləri müəyyənləşib. SİA-nın məlumatına görə, Tarkan bu dəfə həm Bakıda, həm də Qəbələdə solo konsert verəcək.
Tarkanın Bakı konsertinin fevralın 22-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur. Meqa-star fevralın 24-də Qəbələdə konsert proqramı ilə çıxış edəcək. Hər iki konsertdə Tarkanın pərəstişkarları onun ifasında həm sevilən musiqiləri eşidəcək, həm də musiqisi bəstəkar Kamala, sözləri isə Baba Vəziroğluna məxsus olan "Səndən nigaranam" mahnısını eşidəcəklər. Bu mahnını Tarkan artıq öz yeni albomuna daxil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB