“Konserti ancaq sevgilisi olan müğənni keçirə bilər”

“Konserti ancaq sevgilisi olan müğənni keçirə bilər”

Azərbaycanlı teleaparıcı və aktyor Sərxan Kərəmoğlu konsert verən sənətçiləri qınayıb. O, konserti ancaq sevgilisi və yaxşı toyları olan müğənnilərin verə biləcəyini iddia edib. SİA-ya açıqlama verən teleaparıcı anlaya bilmədiyi məqamdan da söz açıb: "Azərbaycanda konserti sevgilisi, güvəndiyi biri və yaxşı toyları olan müğənni keçirə bilir. Çünki Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edən ifaçıların bellərini qırırlar. Buna səbəb isə konsert baş tutmamışdan öncə pul alır. Belə bir şey dünyanın heç bir ölkəsində yoxdur. Başa düşmədiyim bir məqam da var ki, sənətçilər konsert verərək nə əldə edirlər"?

Bütün xəbərlər Facebook səhifəmizdə