Müğənninin hesabatı FOTO

Müğənni İlahə İbadova qəti qərara gəlib. SİA-nın məlumatına görə, sənətçi bu il ərzində tamaşaçılarına hesabat konserti verməyi planlaşdırıb. Son illər repertuarını sürətlə təzələyən sənətçi, ən uğurlu mahnılarını seçib canlı, böyük ansamblın müşayiəti ilə səsləndirəcək. Onun fikrincə, bu zaman üçün konsert vermək, əksər hallarda maliyyə itkisinə gətirib çıxarır: "Əksər müğənnilər mənim kimi bu qənaətdədir ki, konsert sənətçiyə pul qazandırmır. Mən bu konserti hesabat naminə düşünmürəm. Elə bir konsert olmalıdır ki, insanlar orda həm milli, həm də müasir abu-havanı hiss etsinlər" - deyən xanəndə repertuarını zövqlərin müxtəlifliyini nəzərə alaraq düşünüb.

Qeyd edək ki, bu günlərdə Türkiyənin məşhur sənətçilərindən biri ilə İlahənin Bakıda konsertini təşkil etmək üçün təklif gəlib. İlahə təklifi düşünür və qərarını yaxın günlərdə bəlli edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə