Əməkdar artist Aygün Bəylər Azərbaycanı birdəfəlik tərk edib. Müğənninin bu qərarı verməsinin səbəblərindən biri, daha çox pul qazanmaq istəyidir. SİA-nın məlumatına görə, bu barədə xəbər bakuinfo.az saytında çıxıb.
Onun həmkarları ilə söhbətinin şahidi olan müxbirin verdiyi məlumata görə, müğənni hazırda Moskvada əslən Şəmkirdən olan iş adamının restoranında çalışır.
A.Bəylərlə bağlı aldığımız digər məlumatda isə bildirilir ki, sənətçi uzun müddətdir narkotik asılılıqdan müalicə olunur. Elə onun ölkəni tərk etməsinin digər səbəbi də məhz budur. Belə ki, Azərbaycanda müalicə alacağı təqdirdə informasiyanın cəmiyyətə sızacağından ehtiyatlanan əməkdar artist Moskvaya üz tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB