Azərbaycanın əməkdar artisti, məşhur müğənni Mətanət İsgəndərli rejissor Nail Naiboğlunun ərsəyə gətirdiyi "Klip-parad" verilişinin növbəti qonağı olacaq. SİA-nın məlumatına görə, hər həftənin cümə günü Sami Orucun təqdimatında yayımlanan veriliş bu dəfə də maraqlı anlarla yadda qalacaq.

Əməkdar artist yeni imici ilə ilk dəfə olacaq məhz "Klip-parad"da görünəcək. Onun bu dəfəki imici Türk ulduzu Sezan Aksunu xatırladacaq.

Mətanət İsgəndərli veriliş zamanı ilk dəfə əsl sevgidən söz açacaq. Verilişinin əsas mövzusu olan klip yayımında öz klipilərinə qadağa qoyan müğənni bunun əsl səbəbini açıqlayacaq. O, həmçinin Türkiyə şou biznesinə qatılmaq istəyən ulduzlarımıza ismarıc da göndərəcək.
Verilişdə o da məlum oldu ki, Mətanən xanım Azərbaycanda məşhur olmadan öncə qardaş ölkədə müğənnilik fəaliyyəti ilə məşğul olub. 1992-ci ildə uğrlu təklifdən imtina edən müğənni hansı sirrləri açacaq?

Onu da qeyd edək ki, prodüsseri Pərviz Oktayoğlu olduğu "Klip-parad" verilişi bir neçə saatdan sonra, dəqiq desək bu gün saat 16:45-də Lider Tv-nin efirində yayımlanacaq.
Xatırladaq ki, verilişin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (SİA.AZ) məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB