O, konsertə hazırlaşır
Fərda sponsor axtarır?

"Çox xahiş edirəm, bu konsertə yumor üçün gəlsinlər"

Məşhur və yumoristik aktyor Fərda Xudaverdiyev Heydər Əliyev adına Sarayda "Stendap şou 2 Nostalji" adlı növbəti konsertini verəcək. Bu barədə SİA-ya aktyor özü açıqlama verib: "Hazırda "Ögey ata" adlı kinokomediyanın son çəkilişləri gedir. Film bitər bitməz "Stendap şou 2 Nostalji"nin məşqlərinə start verəcəyik. Konsertdə hamının maraq dairəsində olan 20- 21 mövzusuna toxunacağıq. Konsertin ümumi gedişatı 3 saat nəzərdə tutulub. Bu format Azərbaycan üçün yenidir. Amma mənim üçün bu artıq ikinci olacaq. Əgər yadınızdadırsa, Azərbaycanda 2010-cü ildə "Stendap Şou Tək Səbr" adlı ilk konserti də mən vermişdim".

Aktyor konsertin maddi tərəfindən də söz açdı: Konsert üçün sponsor tapılmasa, mən öz gücümə edəcəm. Dəstək olsa, təbii ki, yaxşı olar. Yox əgər yardım edən olmazsa, həmişəki kimi öz gücümə bu konserti reallaşdıracam. Konserti may ayının 15-də keçirmək fikirindəyik. Çox xahiş edirəm, bu konsertə yumor üçün gəlsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə