Bu gün "Avrtasiya Beynəlxalq Araşdıma İnstitutu" İB-nin dəstəyi və təşkilatçılığı ilə əməkdar artist Tünzalə Ağayevanın ifasında çəkilən "Bir dünya istəyirəm" adlı klipinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, adıçəkilən mahnının sözləri millət vəkili Qənirə Paşayevaya və musiqi əməkdar artist Tünzalə Ağayevaya məxsusdur.
Klip tədimatında millət vəkli Qənirə Paşayeva, əməkdar artist Tünzalə Ağayevaya, rejissor Ülviyyə Könül, modelyer – stilist Gülnarə Xəlilova, media nümayəndələri və başqaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan əməkdar artist Tünzalə Ağayevaya "Bir dünya istəyirəm" klipi haqqında məlumat verib: "20 yanvar faicəsinin 23-cü ildönümü ərəfəsində təqdim olunan "Bir dünya istəyirəm" mahnısı vətən uğrunda şəhid olan insanlarımızın, dünyada bu günümüzdə də davam edən soyqrımların, təcavüzlərin, aclıqların qurbanı olan milyonlarla insanların, uşaqların əziz xatirələrinə həsr olunub. Mənə bu işdə dəstək və kömək olan hər kəsə təşəkkürlərimi bildirirəm".
Mərasimdə söz alan millət vəkili Qənirə Paşayeva da klip haqqında öz fikirlərini bildirib: "Bu layihə mənim üçün çox önəmlidir. Çünki günü-gündən şəhidlərimiz, şiddətlər, qadınlara qarşı zorakılıqlar, həyatlarını itirən uşaqların sayı artmaqdadır. "Bir dünya istəyirəm" klipi 20 yanvar faciəsinin 23 ildönümünə həsr olunub. Bu kliplə insanları sülhə dəvət etmişik. Əgər ölkəmizdə sülh olmasa 20 yanvarda itirdiyimiz itkilər yenidən təkrar olunacaq. Uşaqlarımız valideyinsiz, qadınlar isə həyat yoldaşlarısız qalacaqlar".
Nəzərinizə çatdıraq ki, millət vəkili Qənirə Paşayeva başqa tədbirdə iştirak etməli olduğuna görə, hər kəsdən üzr istəyərək müğənni Tünzalə Ağayevanı və rejissor Ülviyyə Könülü gül dəstələri ilə təbrik edərək məclisi tərk edib.
Qeyd edək ki, "Bir dünya istəyirəm" klipinin ekran işi rejissor Ülviyyə Könülə həvalə olunub. Klipdə "Noğullar" uşaq qrupu da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB