Sevda Yahyayeva ilə Ramal İsrafilov evlənir?

Ramalın sirrini kimlər açdı?
Sevda Yahyayeva ilə Ramal İsrafilov evlənir?

Hər həftənin cümə günü nümayiş olunan "İmza mən" verilişinin növbəti çəkilişləri baş tutub. SİA-nın məlumatına görə, aparıcı Səxavət Nurun təqdimatında yayımlanan verilişin bu dəfəki qonağı tanınmış müğənni və bəstəkar Ramal İsrafilovdur.

Xəzər TV və Araz radiosu vasitəsi ilə yayımlanan veriliş maraqlı anlarla yadda qalıb. Belə ki, Ramal, haqqında yayılan şayiələrə son qoyub. O, evlənməsinə dair gəzən məlumatı təkzib etsə də onunla birgə çəkilişə gələn uşaqlar müğənninin evlənəcəyini dedilər. Maraqlı isə budur ki, Ramalın bacısı və qardaşı uşaqları onun müğənni Sevda Yahyayeva ilə evlənəcəyini vurğuladılar. Müğənni özü isə bu haqda heç nə deyə bilmədi. Təfərrüatlar veriliş zamanı müəyyən olacaq.

Onu da vurğulamaq yerinə düşər ki, Sevda ilə Ramal yeni iş birliynə başlayıblar. Ramalın istəyi ilə həmkarlar hətta duet ifa ediblər.

Ramal şəxsi həyatı ilə yanaşı digər məsələlərdən də söz açdı. Onun parodiya həvəskarı olduğunu diqqətli tamaşaçılar yaxşı bilir: "Mən daha adi müğənniləri parodiya etməyəcəm. Çünki sonra zəng edib, narazılıqlarını bildirirlər. Bundan sonra ancaq sənətkarlarımızı parodiya edəcəm".

Veriliş zamanı müğənninin yeni və heç bir yerə numayiş olunmayan klipi də göstərildi.

Bu və digər maraqlı məqamların şahidi olmaq istəyirsinizsə sabah saat 19:00-da Xəzər TV-nin və Araz radiosunun nümayişini qaçırmayın.

Verilişin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə (SİA.AZ) məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə