Brilliant Dadaşova ilə Lalə Məmmədovanı üz-üzə qoyan bəstəkar danışdı QALMAQAL-FOTO
Tanınmış bəstəkar və aparıcı Murad Arifin bəstələdiyi "Bu şəhər ikimizə dar" mahnısı ətrafında qalmaqal yaranıb. Öncə xalq artisti Brilliant Dadaşova üçün bəstələnən mahnı bir neçə ildən sonra müəllifi tərəfindən əməkdar artist Lalə Məmmədovaya təqdim olunub. Bu isə hər iki sənətçinin maqazin verilişlərində üz-üzə gəlməyi ilə nəticələnib. Brilliant Dadaşova mahnının onun üçün yazıldığını vurğulasa da, Lalə Məmmədova bu məsələyə şərh verməkdən imtina edib.
Məsələ ilə bağlı SİA-ya bəstəkarın özü, Murad Arif danışıb. Murad, yaranan anlaşılmazlığa görə hər iki ifaçıdan üzr istəyib: "Böyük sənətkar, sevimli ifaçımız Brilliant Dadaşova və əziz dostum, gözəl müğənnimiz Lalə Məmmədovadan ürz istəmək məcburiyyətindəyəm. İstəməzdim ki, mənim mahnım münasibətləri bir az da gərginləşdirsin. Ancaq mahnının tarixinə toxunacam. Bu mahnı 5 il öncə yazılıb və Brilliant Dadaşovaya təqdim olunaraq onun tərəfindən bəyənilib. Ancaq illər keçib və mahnı üzə çıxmayıb. Mən də bunu nəzərə alaraq düşündüm ki, mahnı xalq artistinin xoşuna gəlmədi, ancaq o, mənim qəlbimə dəymək istəmədi. Mən də mahnını digər ifaçılara göstərdim və əziz Lalə xanım tərəfindən ifa olundu. Ona təşəkkür etmək istəyirəm ki, mahnını dəyərləndirib, səsləndirdi və tamaşaçılara qovuşdurdu".

Murad xalq artisti Brilliant Dadaşovanın narazılığını nəzərə alaraq ona yeni mahnı bəstələyəcəyinə söz verdi və eyni zamanda "Bu şəhər ikimizə dar" mahnısını da halal etdi: "Tezliklə sənətkar üçün gözəl mahnı bəstələyəcəm. Ancaq Brilliant xanım adıçəkilən mahnını ifa etmək istəsə, mən yalnız sevinərəm".

Bəstəkar qeyd etdi ki, mahnı hətta türk ulduzlarının birinin də ifasında səslənəcək: "Mahnının bir neçə ifaçı tərəfindən səslənməsində qəbahət görmürəm".
Sonda Murad yerli müğənnilərimizə də səsləndi: "Bu tipli problemlər yaranmasın deyə bütün ifaçılarımızdan xahiş etmək istəyirəm ki, gələcəkdə mahnı seçimi edərkən çox fikirləşməsinlər. Çünki bütün müğənnilər məndən mahnı istəyirlər. Mən isə "konveyer" deyiləm ki, ildə 10 mahnı yazım. Murad Arif il ərzində 2-3 mahnı yazır. Nəzərə alın bu məqamları, rica edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB