Sənətçilər kimin axtarışına çıxıb?

Sənətçilər kimin axtarışına çıxıb?

Daima məhşurlardan yazan tanınmış maqazin jurnalisti Şahin Cavadsoy bu dəfə özü onların diqqətinə tuş gəlib. Sənətçilər onun axtarışına çıxıb. SİA-nın verdiyi məlumata görə, məhşurlar hətta redaksiyamıza telefon zəngi edərək jurnalistin harada olması ilə maraqlanırlar.

Ancaq yoxa çıxan jurnalist harda olduğunu hər kəsdən gizlədir. O, yalnız facebookda şəxsi səhifəsində bir neçə şəkil paylaşmaqla kifayətlənib. Olduğu məkanı gizli saxlayan Şahin, öncə Uludağda olduğunu qeyd edib. Ardınca isə qardaş ölkənin digər gözəl yerlərinin adını da vurğulayıb.

Biz də jurnalistlə əlaqə saxlamaq istədik, amma cəhdimiz boşa çıxdı. Deyəsən, Şahin istirahətinin dadını çıxarır və axtarışda olması onu qəti şəkildə maraqlandırmır. Maraqlısı budur ki, sənətçilər Cavadsoyu axtardığı halda o, yaşadıqlarını bir tək yaxın dostu, tanınmış estrada ulduzu Ayan Babakişiyevayla bölüşür. Bizdə olanları Ayandan soruşduq. O, isə cavab verməmək hüququndan istifadə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə