Məşhur müğənni Flora Kərimovadan nə “oğurladı”?

Məşhur müğənni Flora Kərimovadan nə “oğurladı”?

Məşhur müğənni Niyam Səlami xalq artisti Flora Kərimovanın repertuarına müraciət edib. SİA-ya açıqlama verən Niyamın sözlərinə görə, o, xalq artistinin "Unudaram mən səni" adlı mahnısına yeni nəfəs verib.

Onu da qeyd edək ki, mahnının sözləri Nüsrət Kəsəmənliyə, musiqisi İsrail Kərimova aiddir. Mahnı qısa zaman ərzində dinləyicilərə təqdim olunacaq.

Məlumat üçün bildirək ki, Niyam dayanmaq bilmir. O, yerli serialların biri üçün, "Ya rəbb" adlı mahnı ifa edib və bu yaxınlarda dinləyicilərin ixtiyarına buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə