Sabah əməkdar artist, məşhur müğənni Tünzalə Ağayeva musiqisi özünə, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan "Bir Dünya istəyirəm" adlı mahnıya çəkdirdiyi klipinin təqdimat mərasimini keçirəcək. İfaçının SİA-ya verdiyi məlumata görə, bu mahnı 20 Yanvar faciəsinin 23-cü ildönümü ərəfəsində təqdim olunan mahnının Vətən uğrunda canından keçən şəhidlərimizin, bu günümüzdə də davam edən soyqırımların, savaşların, təcavüzlərin qurbanlarının əziz xatirəsinə ithafdır.
Müğənni "Bir dünya istəyirəm" kompozisiyasını dua kimi qəbul etdiyini deyir: "Bu mahnı, insan oğlunun öz əli ilə törətdiyi bəlaların fərqinə varsın, düşünsün deyə, bir hayqırış, övladlarımızın sevgi, hüzur dolu bir dünyada yaşamaq istəyinin ifadəsidir, hər birimizin savaşsız bir dünya qurmağa çağırışıdır. Bu mahnı Rəbbimizdən insanlıq adına əfv istəyidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB