Əməkdar artist: “Yaxşı ailənin gəlini olsun”

Əməkdar artist: “Yaxşı ailənin gəlini olsun”

Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərli qızından danışıb. Müğənni qızı Ülkəri o ki var tərifləyib. Telekanalların birində açıqlama verən sənətçi hər zaman qızı üçün Allaha dualar etdiyini deyib: "Hər bir ana üçün övladı qiymətlidir. Amma qızım Ülkər mənim üçün çox fərqlidir. Onun hazırda 24 yaşı var. Onun kimi qızlar çox azdır. Onu da deyim ki, Ülkəri heç kimə vermək istəmirəm. Allaha hər gün dualar edirəm ki, yaxşı ailənin gəlini olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə