Şou-biznesdə narkamanlar var?

Azərbaycanlı reper Hüseyn Dərya illər öncəsinə qayıdaraq keçmişini xatırladı. O, bir müddət öncə narkotika istifadəçisi olduğunu etiraf etdi və buna görə də tamaşaçılardan üzr istədi. SİA –ya açıqlama verən Hüseyn şou-biznesdə narkamanların olduğunu da dilə gətirdi: "İllər öncə adımı narkotika istifadəçisi kimi hallandırırdılar. İndi isə bu işə son qoymuşam. Çünki narkotikadan uzaqlaşmışam. Eyni zamanda hər kəsdə yaxşı bilir ki, mən tamaşaçılara narkotiklə məşğul olduğumu deyərək üzr istəmişəm. Amma qapı-qapı dolaşıb Quran kitabına əl basmaq fikrim yoxdur. Mənim səbrimin həddini aşmasınlar, əks halda şou-biznesin neçə faizinin narkaman olduğunu deyəcəm. Amma mənə inanan inanlara öz təşəkkürümü bildirirəm. İnanmayanlara isə Allahdan rəhm diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə