Xanım İbadova yayılan şayiələrə aydınlıq gətirdi

Xanım İbadova yayılan şayiələrə aydınlıq gətirdi

Azərbaycanın əməkdar artisti Firuzə İbadova haqqında gəzən şayiələrə aydınlıq gətirib. O, həmkarı Cavanşir Məmmədovla olan münasibətindən danışıb. SİA-ya açıqlama verən xanım İbadova bu yaxınlarda konsert verəcəyini də vəd edib: "Bəzi şayiələrə görə, əməkdar artist Cavanşir Məmmədovla danışmırıq. Belə yalan məlumatı yayan insanlara demək istərdim ki, Cavanşir mənim dostumdur. Biz onunla çörək kəsmişik. Aramızda da heç bir problem yoxdur. Sözügedən həmkarımla əvvəlki kimi duet oxumamağımıza səbəb isə solo fəaliyyətə başlamağımızdır. İstəyirəm ki, tək oxuyaraq sənətimi xalqıma və tələbələrimə nümayiş etdirim. Onu da deyim ki, tələbələrimə söz vermişəm ki, onlarla ciddi məşğul olacam. Eyni zamanda məni sevən insanların el şənliklərində də iştirak edərək onları ifamla sevindirəcəm".

Firuzə xanım yaxın zamanlarda konsert verəcəyini də bildirib: "İnşallah bu il pərəstişkarlarımı sevindirəcəm. Çünki onların qarşısında solo konsertimlə çıxış edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə