SİA facebook sosial şəbəkəsində aktiv olan ulduzların paylaşımlarına nəzər salıb. Məşhurlar şəxsi səhifələrində müxəlif yeniliklər edirdilər. Ən aktiv olan istifadəçilərin dostlarına təqdim etdiyi şəkilləri siz də görün:
Xalq artisti Nazpəri Dostəliyevanın rəsmi səhifəsində maraqlı foto dərc olunub. Onun kiprikləri qaşa dəyir.
.jpg)
Xalq artisti Faiq Ağayevin fanatları isə onun "Əlvida" klipindən olan görüntüləri bir yerə toplayıb, Cənab Qızıl Şlyagerə təqdim ediblər. Son zamanlar müğənninin fanatları onun özündən daha aktivdir.

Xalq artisti Flora Kərimova ilə duet ifa edən müğənni Rövşən Civişov elə sənətkarla çəkdirdiyi şəklini yenidən paylaşıb. Rövşən gündəmə gəlməyin sirrini bilir!

Aparıcı İlkin Həsəni isə bugünkü efiri zamanı həmkarı ilə çəkdirdiyi şəklini dostlarına göstərib. İlkinin xanıma yönəltdiyi baxışının sirrini isə tapa bilmədik...

Bir neçə gün öncə ad gününü qeyd edən tanınmış prodüsser Kənan Bayramov hər kəsin paylaşdığı şəkli bir daha nümayiş etdirməyi özünə borc bilib. Deyəsən, Kənan çalışdığı estrada ulduzu Röyanın Türkiyədə olmasından yamanca sıxılıb!

Aparıcı və bəstəkar Murad Arif isə həmişəki kimi özü özünü çəkir. Ancaq başa düşmədik ki, Murad bu şəkildə özünü nümayiş etdirir yoxsa telefonun...

Nura Suri isə öz şəkillərini o qədər çəkib, paylaşıb ki, indi də keçib balaca oğlu Davidə. Ötən həftə də müğənni məhz bu oğlunun rəsmini paylaşmışdı. Ümumiyyətlə, Nura çox ailəcanlı xanımdı. O, ya uşaqlarının şəklini çəkir, ya da hazırladığı yeməklərin. Nə deyək, yorulmasın!

Zamiq Hüseynov isə İstanbul küçələrində poz verir. Müğənni qardaş ölkədə həm ziyarət edib, həm də ticarət!
.
Türkiydən yenicə gələn müğənni Zarina Məmmədova çəkdirdiyi sonuncu klipi olan "Qayıtma"dan bir fraqment nümayiş etdirib. O, dayanmadan öz yeniliklərini təqdim edir. Zarina, arada dincəlmək də lazımdır...
Müğənni Ayanın səhifəsində gözümüzə dəyən ən maraqlı foto onun şərab içməsi idi. Səhv etmirəmsə, bardaq Ayanın üzündən də böyükdür.
.jpg)
Məşhur prodüsser Tolik isə gənc ifaçı, "Lift" realiti şousunun iştirakçılarından olan Elşad Şükürovla birgə şəkil çəkdirib. Elşad, bax ha, Toliklə dalaşsan, bu şəkil başqa bir qaydada yenidən gündəmə gələcək.

Əməliyyatdan çıxan rejissor Nail Naiboğlu isə son görüşünü "imic dəyişikliyi" adlandırdığı şəklinə iddialı şərh də yazıb: "Bu ilin 3 super klipi məndən gəlir. Buna 100 faiz əminəm! Artıq 2-si hazırdır. 3-cü isə montajdadır. Sevgilərlə: Rejissor Nail Naiboğlu".

Komplekssiz aparıcı və DJ Rüfət də "qonşudan" geri qalmır. Deyəsən, Rüfət gözəl xanımla şəkil çəkdirdiyi üçün özünü "itirib":

Qalmaqallı stilist Samiraldo isə yenidən xarici görüşü ilə gündəmə gəlib. Onun yeni saç düzüm və geyimi hər kəsin müzakirə mövzusuna çevrilib. Samiraldo, sana kırmızı çok yakışıyor!

Aşıq Telli Borçalı aparıcı Nanə Ağamalıyevanı lap bağrına basıb. Sazını Nanəyə verən Tellinin məqsədi isə bəlli olmadı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB