Zamiq Hüseynovun “ən böyük” rəqibi

Zamiq Hüseynovun “ən böyük” rəqibi

Məşhur müğənni Zamiq Hüseynovun balaca rəqibi ortaya çıxıb. SİA-nın məlumatına görə, uşaq olmasına baxmayaraq müğənnilik fəaliyyətinə başlayan Rüfət artıq Zamiqlə eyni səhnəni də bölüşüb.

Bu yaxınlarda keçirilən məclislərin birində Zamiq çıxış etdiyi səhnəyə balaca Rüfəti də dəvət edib. Onlar birgə mahnı oxuyub, rəqs ediblər.

Estrada ulduzu balaca rəqibi haqda fikilərini belə şərh edib: "O, çox istedadlı uşaqdır. Superdir! Ölürəm onun üçün. Onun çoxlu sayda fanatı var. O da balaca Zamiqdir".

Artıq böyük səhnələrə iddialı olan Rüfət də açıqlama verib: "Zamiq ən sevdiyim müğənnidir. Onunla eyni səhnəni bölüşdüyüm üçün çox xoşbəxtəm".

Bütün xəbərlər Facebook səhifəmizdə