Aşiq olan müğənni Necati Şaşmazla görüşəcək

Aşiq olan müğənni Necati Şaşmazla görüşəcək

Gənc müğənni Orxan Babazadə nəhayət ki, axtardığı yarını tapıb. Subay gəzib dolaşan ifaçı necə eşqə düşübsə, hətta ona mahnı da ithaf edib. Sözləri və musiqisi "Qala" qrupunun üzvü Ceyhuna aid "Sən mənim gözəlimsən" adlı mahnını lente alan Orxan mahnının aranjimanını Türkiyədə etdirib. Orxanın SİA-ya verdiyi məlumata görə, o, tez bir zamanda mahnıya klip çəkdirmək istəyir və bu işdə türk peşəkarlarına müraciət edib.

Qeyd edək ki, klip çəkilişləri zamanı Türkiyəyə getməyə hazırlaşan Orxan məhşur "Kurtlar Vadisi" serialının Polatı, yəni Necati Şaşmazla da görüşəcək. Bu görüşü isə ona 2 ildir dostu olan, Türkiyənin ən məhşur şoumeni Acun Ilıcalı təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə