Faiq Ağayevin kanalı fəaliyyətə başladı

Faiq Ağayevin kanalı fəaliyyətə başladı

Bu gündən etibarən xalq artisti Faiq Ağayevin "YouTube"da rəsmi kanalı fəaliyyətə başlayıb. SİA-ya açıqlama verən Cənab Qızıl Şlyager 25 illik səhnə fəaliyyətini əks etdirən videoları ttps://www.youtube.com/user/AgayevFaiq/featured səhifəsindən izləməyin mümkün olduğunu açıqladı: "Kanalın 15 bölümündə 20 klip, solo-konsertlərimdən 53 video, iştirakımla olan verilişlərdən 60 sujet, audio-albomlarımdan 33 mahnı, 1 sənədli film, 14 arxiv videosu yer alıb".

Xalq artisti ona məxsus "YouTube" kanalının yaranmasında müstəsna xidmətləri olan Kamal Bilalov və Narmin FA-ya xüsusi təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə