2012-ci il uğurla başa vuran "Abşeron" qrupu, 2013-cu ilə qədəm qoyan kimi yeni mahnılarını tamaşaşılara təqdim ediblər. Hər zaman səliqəli ifaları ilə seçilən qrup, yaranan gündən bəstəkar və xalq mahnılarına xüsusi yer ayırmasına baxmayaraq, bu dəfə fərqli tərzdə ifa nümayiş etdiriblər.
.jpg)
SİA-nın məlumatına görə, qrupun "Bu nömrəyə zəng çatmır" adlı yeni mahısı işıq üzü görüb. Mobil telefona aid olan mahnı gənclər tərəfindən böyük maraqla qarşılanınb. "Abşeron" qrupunun üzvləri bu mahnının hitlər sırasında olacağını əminliklə dilə gətirərək bildiriblər ki, yeni layihə üzərində işləyirlər: "Daha 2 mahnımız yaxın 1 ayda işıq üzü görəcək. Mart ayında klip də çəkməyə hazırlaşırıq".
Qrup üzvləri ərsəyə gətirdiyi işlərinin maliyyə məsələsinə də toxunublar: "El şənliklərindən qazanırıq. Bizə təlabat çoxdur və tez-tez toylara dəvət alırıq".
.jpg)
Onu da qeyd edək ki, qrupun yeni ərsəyə gətirdiyi "Bu nömrəyə zəng çamır" mahnsı o qədər marağa səbəb olub ki, artıq mobil operatorlar zengimcell kimi istifadəyə verib.
"Bu nömrəyə zəng çatmır" adlı mahnını söz və musiqisi "Abşeron" qrupunun bədii rəhbəri və solisti Şəhriyar Məhərrəmova məxsusdur. Aranjemanı Eşqin Ağayev edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB