“Bacım Elnur və Sevdaya fanatlıq edir”

“Bacım Elnur və Sevdaya fanatlıq edir”

Azərbaycan şou-biznesinin tanınmış müğənnisi Xatirə İslam fanat ordusundan danışıb. İfaçı bacısının xoşuna gələn həmkarlarının adını da açıqlayıb. SİA-ya açıqlama verən Xatirə meyxana ifaçısı Üzeyirin belə pərəstişkarlarının olduğunu etiraf edib: "Hər müğənninin fanatı olduğu kimi, mənim də pərəstişkarlarım var. Amma bizim evdə müğənni Elnur Məmmədovla Sevda Yahyayevaya fanatlıq edirlər. Bacımın adını çəkdiyim müğənnilərdən çox xoşu gəlir. Hətta bəzi sənət dostlarımın bəyənmədiyi meyxanaçı Üzeyir Mehdizadənin belə tamaşaçıları var. Odur ki, hər sənətçinin sevəni və dinləyəni var".

Bütün xəbərlər Facebook səhifəmizdə