İstanbul Bayrampaşa Bələdiyyəsinin, Bultürk dərnəyi və "Türkiye Universitetleri Mezunları" İctimai Birliyi (TUMIB) təşkilatçılığı ilə İstanbulda Bayrampaşa Kültür Mərkəzində Azərbaycanın Milli qəhrəmanı İbad Hüseynovla Türkiyə mediası və geniş ictimaiyyətin görüşü keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan konsulluğu və Bayrampaşa bələdiyyə başqanı iştirak edib, milli qəhrəmanımızı xüsusi ödüllə mükafatlandırıblar.
Qəhrəmana həsr olunan tükrdilli filmin nümayişindən sonra yerli ulduzlarımızın ifaları və çıxışları yer alıb. Ödülləndirmə gecəsində xalq artisti Brilliant Dadaşova, müğənni İradə İbrahimova, Azəri Günel, vizajist Nigar İbrahimova, TMB kanalında aparıcı kimi fəaliyyət göstərən Elyanə Əhmədova iştirak ediblər. İradə qəhrəmana "İgidim" mahnısını həsr edib və alqışlarla qarşılanıb. Günel və Elyanə isə filmdən təsirlənərək, qururla qarabağlı olduqlarını və İbad Hüseynovun yerində olub, erməni öldürmək istədiklərini bildiriblər.
Qeyd edək ki, Asala terror təşkilatının başçısı Monte Melikoyanı igidliklə öldürən İbad Hüseynovun başına 12 milyon pul qoyduğundan, sözügedən tədbir xüsusi güvənliklə qorunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB