Dünən, yanvarın 13-ü ad gününü qeyd edən cazibədar aparıcı Samira Rüstəmova bu doğum gününə həyatı və karyerasında köklü dəyişikliklər edərək qədəm qoydu. SİA-nın məlumatına görə, uzun müddətdir məşhur maqazin jurnalının baş redaktoru olmuş aparıcı indi xəbər portallarından birinin rəhbəridir.

Jurnalı sayta, ATV kanalını isə Liderə dəyişən Samira 13 rəqəmindən qorxmadığını, əksinə ona çox düşərli olduğunu bildirdi. 2013-cü ilin 13 yanvarından başlayaraq uğurlarının ikiqat olacağına inanan aparıcı tezliklə "STİL" verilişi ilə tamaşaçıların görüşünə gələcək.

Fotolardan göründüyü kimi, Samira həmçinin imicində də köklü dəyişiklik edib:

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB