Röyanın "Göndər" albomu inanılmaz nəticə verib
Azərbaycan estradasının məşhur siması, müğənni Röya Ayxan Türkiyəni fəth etməyə davam edir. Ulduzun "Göndər" adlı albomu satış üzrə inanılmaz rekord qırıb. Röyanın yaxın dostu, bəstəkar-müğənni Rəhim Rəhimlinin SİA-ya verdiyi məlumata görə, ifaçımızın albomu satış üzrə 8-ci pilləyə yüksəlib: "2012-ci ilin sonunda aparılan hesablamalara görə, albom satış üzrə yüksək nəticə göstərib. "Göndər" satışa yeni çıxarılan vaxt heç iyirmilikdə də deyildi. Ancaq indi 8-ci pilləyə qalxıb. Türkiyə kimi nəhəng dövlətdə bu göstərici ilə qarşılaşmaq qürurvericidir. Xəbəri bu gün səhər aldıq və sevinirik. İnşallah, Röyamızın uğurları davamlı olar".

Onu da qeyd edək ki, estrada ulduzunun "Göndər" klipi youtube kanalında da inanılmaz baxış sayı yığıb. Klip qısa zamanda təxminən yarım milyon dəfə izlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB