Tanınmış prodüsser və "Kristal" qrupunun rəhbəri Mədinə xanım 2012-ci ildə gördüyü işlərdən danışıb. O, qızlardan ibarət yaratdığı qrupdan razı olduğunu dilə gətirib. SİA-ya açıqlama verən prodüsser xanım 2013-cü ildə "Kristal" qrupunun bir çox yeniliklərinin olacağını da xüsusilə diqqətə çatdırıb: "2012-ci ili rəhbərlik etdiyim "Kristal" qrupu ilə çox uğurla başa vurduq. Ən əsası isə qrupun farmatı dəyişdi. Bu da sənət dostlarımız və media tərəfindən uğurla qarşılandı. Yaradıcılıq baxımından da çox işlər gördük. Kristal qrupunun üzvləri yəni qızlar veriliş apardılar. Ümumiyyətlə, "Kristal" qrupunun üzvlərindən çox razıyam. İnanırıq ki, 2013-cü ildə daha da uğurlu layihələr həyata keçirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB