Şou-biznesin bəzi nümayəndələrində 2013 rəqəmi vahimə yaratsa da, əməkdar artist Abbas Bağırov ilin uğurlu keçəçəyinə inanır. Müğənni məhz bu il arzu etdiyi layihələri həyata keçirəcəyinə əmindir. SİA-nın məlumatına görə, məhsuldar işləməyi qarşısına məqsəd qoyan ifaçı hazırda Türkiyədə yeni layihə üzərində çalışır. Layihənin təfərrüatlarını açıqlamayan əməkdar artist heyranlarını intizarda saxlamağı üstün tutdu.
Ancaq məlum oldu ki, Abbas məhz sözügedən layihə üçün imici üzərində dəyişiklik edib. Yeni layihəsində yeni görkəmdə olmaq istəyən estrada ulduzu qardaş ölkədən dönən kimi maraqlı açıqlama verəcəyini də istisna etmədi.
Onun yeni görkəmini eksklüziv olaraq SİA oxucularına təqdim edirik:


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB