Müğənni səhnəni yerindən oynadacaq

Müğənni səhnəni yerindən oynadacaq

Azərbaycanın əməkdar artisti Azərin sabah səhər Bakı vaxtı ilə saat 12:00-da Türkiyənin məşhur Haber Türk Kanalınının qonağı olacaq. Müğənninin SİA-ya verdiyi məlumata görə, adıçəkilən kanalın ən reytinqli verilişlərindən sayılan "Burası haftasonu" verilişində Azərin yenə Azərbaycan musiqiləri ilə səhnəni yerindən oynadacaq.

Simge Fıstıqoğlunun canlı şəkildə idarə etdiyi verilişində türk tamaşaçılarına əməkdar artistimiz barədə geniş məlumatlar veriləcək. Sənətçimiz maraqlı repertuarla verilişdə iştirak etməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə