Xalq artisti Manaf Ağayevə nə verdi ?

Xalq artisti Manaf Ağayevə nə verdi ?

Azərbaycanın xalq artisti Səməd Səmədov 20 il daşıdığı titulundan söz açıb. O, həmkarı Manaf Ağayevdən də danışıb. SİA-ya açıqlama verən xalq artisti keçmişini hələ də unutmadığını xüsusilə diqqətə çatdırıb: "Bildiyinizə kimi, 20 ildən çox "Toylar kralı" titulunu daşımışam. Artıq o adı özüm kimi oğlana yəni həmkarım Manaf Ağayevə həvalə etmişəm. Mənim indi ondan da böyük adım var. Çünki mənə xalq artisti adı veriblər. Onu da deyim ki, keçmişimi heç vaxt unutmaram. Çünki keçmişdə mən ionika musiqi alətinin ifaçısı olmuşam. Ancaq onu da deyim ki, ionika ifaçısı olmağıma baxmayaraq şəxsiyyətli insanlarla dostluq etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə