Fatimə rəqs edə bilməyən müğənnilərin adların açıqladı FOTO

Fatimə rəqs edə bilməyən müğənnilərin adların açıqladı FOTO

Məşhur rəqqasə Fatimə Fətəliyeva Lider TV-də yayımlanan "Klip Parad" verilişinin qonağı olacaq. SİA-nın məlumatına görə, ötən həftədən etibarən Zemfira Adıgözəlovanın deyil Sami Orucun təqdimatında yayımlanan verilişdə rəqqasə olduqca maraqlı anlara toxunub.

Fatimə ilk dəfə müğənnilərin çəkdirdiyi klipdə rəqs etmələrini qiymətləndirəcək. O, rəqs edə bilən və bilməyən müğənnilərin adlarını da açıqlayıb. Fatimə həmçinin həmkarları Sevda və Aytən haqda da danışıb. O, adıçəkilən iki xanımın və özünün müğənnilik fəaliyyətinə toxunub: "Seçim qarşısında qalsam, Sevda deyərəm. Aytən isə...".

Veriliş zamanı Fatimə ailəsi, şəxsi həyatı və onun sənətini qəti şəkildə bəyənməyən qızı haqda da danışıb.

Rəqqasə "Klip Parad"da yer alan müğənnilərdən də söz açıb. Xalq artisti Brilliant Dadaşova, Aygün Kazımova, Röya Ayxan, Nadir Qafarzadə, Ədalət Şükürov, Ayan Babakişiyeva, Nigar Camal, Rüfət Axundov, Qaraqan və digərlərinin ərsəyə gətirdiyi məhsuldan danışıb.

Onun da bildirək ki, layihənin rəhbəri və rejissoru Nail Naiboğlu, prodüsseri Pərviz Oqtayoğlu olduğu "Klip Parad" verilişi sabah, yəni 11 noyabr saat 16:45-də Lider Tv-nin efirində izləyə bilərsiz.

Xatırladaq ki, verilişin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə