Məşhur və yumoristik aktyor Fərda Xudaverdiyevdən xəbər var. Aktyorun SİA-ya verdiyi məlumata görə, Fərda ögey ata obrazını canlandırıb: "Filmin çəkilişləri artıq başlayıb. "Ögey ata" adlanan bu kinokomediyada yaratdığım obraz digərlərindən çox fərqlidir. "Kəramət" adını daşıdığım obrazım bundan öncə yaratdığım "Daşdəmir", "Məqsəd", "Asiman" və bir neçə qəhrəmanlarımdan 3 dəfə artıq səs-küy yaradacaq. "Ögey ata"dan çox şey gözləyirəm. Film ən son texniki avadanlıqla lentə alınıb və hazır olarkən tamaşaçılar onu video satış nöqtələrində deyil, kinoteatrlarda izləyə biləcəklər".
Onu da bildirək ki, "Ögey ata" kinokomediyasında Fərda ilə yanaşı bir çox məşhur simalar da rol alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB