Kişi müğənnimiz əcnəbi xanımdan hansı təklifi alıb? FOTO

Kişi müğənnimiz əcnəbi xanımdan hansı təklifi alıb? FOTO

Gənc müğənni Elvin Abdullayev yeni mövsümün ilk mahnısını təqdim edib. SİA-ya açıqlama verən müğənni bildirib ki, sözləri Zeynəbə, musiqisi Gülnarə xanıma məxsus olan "Şanlı Azərbaycan" adlı mahnı artıq hazırdır: "Keçən ildən üzərində çalışdığım bu mahnını nəhayət ki bu ilin əvvəlində dinləyicilərə təhvil verə bildim. Bu mahnıya artıq ekran həyatı verməyi də düşünürəm. Bu ildən yaradıcılığımda dəyişiklik olacaq".

Müğənni tamaşaçılarını intizarda saxladı: "Əcnəbi bir xanım müğənnidən duet təklifi almışam. Öncədən onun adını açıqlamaq fikrim yoxdur. Artıq mahnı seçimini də etmişik. Duetimiz baş tutandan sonra, bu müğənnin adını açıqlayacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə