Gənc və istedadlı müğənni Günay İbrahimli yetkinlik yaşına çatmamış yeniyetmələrin cəzaçəkmə müəssisəsində konsert verib. Günayın prodüsseri Təranə Səmədovanın SİA-ya verdiyi məlumata görə, iş adamı eyni zamanda söz müəllifi Calal Qurbanovun təşəbbüsü ilə keçirilən konsertdə iştirak edən yeganə müğənni məhz Günay oldu: "Bir çox müğənnilər şou-proqramların bol olduğu zamanda məhz pul qazanmağı üstün tutdular. Ancaq Günay yeniyetmələri sevindirməyi seçdi. Həbsxanada diqqətimizi cəlb edən ən başlıca amil oranın kitabxanası oldu. Uşaqlar cəza çəkməklə yanaşı kitab da oxuyub, maariflənməyə vaxt tapırlar. Belə cəza çəkənləri görüncə, az da olsa şükür etdik. Onlara görə getməyə dəyərdi. Onlarla bayram keçirməyin də öz yeri var idi. Allah hər birinin qapısını açsın".
Konsertdə baş verən maraqlı anları təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB