Müğənni Bollivud kino ulduzları ilə birlikdə filmə çəkilə bilər
Məşhur müğənni Sevda Yahyayeva Bollivudda filmə çəkilmək təklifi alıb. Hindistanın tanınmış kino rejissoru Aşutoş Qovariker Sevdanın youtube kanalında bir neçə klipini izləyib və onun səhnə performansını bəyənib.
Bu haqda isə SİA-ya Sevdanın keçmiş prodüsseri amma yeni mətbuatla əlaqələndiricisi Pərviz Əsgərov məlumat verib. Pərvizin sözlərinə görə, Sevda Bollivud kino ulduzları ilə birlikdə filmə çəkilə bilər: "Təklifi dəyərləndirmək üçün mart ayına kimi vaxtımız var. O zamana qədər müqavilənin şərtləri ilə tanış olub, qərar verməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB