Biabırçı qalmaqal yaşayan məşhurlar barışdı

Biabırçı qalmaqal yaşayan məşhurlar barışdı

"Elə cücə ifaçılar var ki, sənət, səviyyə, görkəm baxımından özündən üstün olan müğənnilərin adını hallandıraraq, özünü reklam etmək istəyir. Amma özündən xəbəri yoxdur ki, o, heç oxuya bilmir".

Bu fikirləri bir neçə vaxt öncə xalq artisti Nazpəri Dostəliyevanın prodüsseri Mikayıl Hüseynov yerli mediaya açıqlamasında, müğənni Xatunun ünvanına deyib. Tərəflər arasında uzun zaman qalmaqal yaşanıb.

Lakin SİA xəbər verir ki, onlar artıq barışıblar. Bu haqda bizə danışan Mikayıl bildirib ki, barışıq əli müğənni tərəfindən gəlib: "Xatun mənim sözlərimə bəstələnmiş mahnı oxuyub. Özü zəng etdi və biz barışdıq".

Onu da bildirək ki, Mikayılın sayca bəstələdiyi beşinci "Olmadı getdi" adlı mahnının musiqisi Vüsalə İlyasovaya məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə