Bu gün Azərbaycanın tanınmış aktyoru "Bu şəhərdə" yumoristik qrupunun üzvü Coşqun Rəhimovun doğum günüdür. SİA-nın verdiyi məlumata görə, Coşqun bu vaxtadək "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Bomba", "Ci-Mi", "Gəlinlər", " Hərənin öz payı+tayı", " Kişiləri qoruyun, "Qaz", "Məhəllə", "Məhəllə 2 Moskvada", "Məşədi İbad-94", ""Moskva-Bakı" qatarı", "Tam məxfi" və digər tamaşalarda rol alıb.
Nəzərinizə çatdıraq ki, Coşqun Rəhimov bir müddət öncə xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün əməliyyat olunub.
Qeyd edək ki, aktyor 2012-ci ilin noyabr ayında Həccə gedərək hacı adını da qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB