Məşhur müğənni Zamiq Hüseynov yeni ili qəribə şəkildə qeyd edib. Müğənni təntənəli şəkildə qeyd olunan 31 dekabr tarixini gecə saat 00:00 Kürdəmir avtomagistralında keçirib.
SİA-ya açıqlama verən Zamiq bildirib ki, o, prodüsseri Elnur Həsənovla birgə rayonların birinə qonaq yollanırdı. Ancaq işlərin çoxluğundan paytaxtdan saat 23:00-da çıxıblar: "Gecə saat 00:00-da başa düşdük ki, yeni il gəldi və biz 2013-cü ilin gəlişini yolda, avtomobildə keçirməli olacağıq. Kürdəmir yoluna çatmışdıq. Az da olsa bayram ab-havası yaşatmaq üçün qaranlıq və ins-cins olmayan yolda dayandıq. Şampan partladıb şəkil çəkdirdik. Bu yeni ilim çox fərqli yadımda qaldı. Bu qeydiyyatın başqa ləzzəti var idi".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB