Azərbaycan estradasının ulduzu Röya Ayxan və məşhur prodüsser Kənan Bayramov 2013-cü ilin gəlişini İstanbul şəhərinin dəbdəbəli məkanlarının birində qarşılayıblar. Kənanın SİA-ya verdiyi məlumata görə, yeni ili ailəsi, komandası və ən yaxın dostları ilə birlikdə qeyd edən Röya adəti üzrə ifasına da yer ayırıb. Müğənni 2013-cü ilə keçən ilk dəqiqədə səhnəyə çıxıb və ən məşhur mahnılarını səsləndirib. Röyadan öncə isə səhnəyə türk musiqisinin məşhur ifaçısı Sibel Can dəvət olunub. Ulduz tamaşaçıları özünə məxsus şəkildə coşdurub. R.Ayxanı həmişəki kimi Moskvada fəaliyyət göstərən "Rush Style" rəqs qrupu müşayiət edib.
Gecənin aparıcısı isə qardaş ölkədə xüsusi ilə radio sahəsində kifayət qədər tanınan DJ Fikrət olub.
Yeni ilin gəlişini Türkiyədə qeyd edən ulduz və onun komandası tətil günlərinin dadını çıxarmaq üçün Slovakiyaya yollanıblar. Onlar artıq yenidən İstanbula dönüblər.
Onu da qeyd edək ki, Röyanın həyat yoldaşı Anardan ayrıldığı barədə də yalan məlumatlar dolaşırdı. Təqdim etdiyimiz fotosessiyada isə müğənni həyat yoldaşı və oğlu Hüseynlə birgə şəkillər çəkdirib.
Röyanın özəl gecəsində baş verənləri isə həvəskar tərəfindən çəkilmiş şəkillərdə izləyə bilərsiz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB